Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb

Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb

Tarix: 5-03-2022, 07:39

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. 

Ukraynanın paytaxt Kiyev yaxınlığında Rusiya qoşunlarının böyük karvanı dayanıb.

ZN.UA  xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, hazırda hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır, Odessaya gözlənilən hücum əlamətləri hələ müşahidə edilmir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR