Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

İşsizlərə şad xəbər: 1 il ərzində…

İşsizlərə şad xəbər: 1 il ərzində…

Tarix: 10-03-2022, 15:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi "Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı” çərçivəsində bu ilin əvvəlindən 332 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Agentliyin Strateji kommunikasiya departamentindən verilən məlumata görə, göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanılıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.

2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə 204, o cümlədən bu il 15 işəgötürənlə əməkdaşlığa başlanılıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 650 nəfər işlə təmin edilib.

Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.

"Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama //forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.

Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

(valyuta.az)

RƏYLƏR

REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR