Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Çörəyin qiymətində yenidən bahalaşma... AÇIQLAMA

Çörəyin qiymətində yenidən bahalaşma... AÇIQLAMA

Tarix: 11-03-2022, 08:50

"Belə fikirlər var ki, guya, çörəyin qiyməti yenidən artacaq. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladım, bildirildi ki, belə bir məsələ yoxdur. Xidmət tərəfindən monitorinqlər keçirilir".

Mediabiz.az unikal.org-a istinadla xəbər verir ki, bunu açıqlamasında deputat Vahid Əhmədov deyib. Taxılın idxalı məsələsinə gəlincə, deputat bildirib ki, taxıl bir çox ölkədə satılır:

"Pakistan kifayət qədər taxıl ixrac edir. Qazaxıstanla müqaviləmiz var ki, bu ölkədə taxıl problemi yoxdur. Oradan idxal edirik.

Bu, bizim daxili bazara təsir etməli deyil. Çörəyin qiyməti yeni qalxıb. Taxılı istənilən ölkədən alıb gətirmək olar. Vaxt var idi, uzaq Latın Amerikası ölkələrindən taxıl alırdıq. Əsas odur ki, vəsait var. Bu baxımdan bizim ölkədə taxılda problem yaranmamalıdır.

Dövlət Ehtiyatlar Agentliyi taxıl ehtiyatı ilə ciddi məşğul olur. Yaxın zamanlarda qiymət artımlarının olacağını gözləmirəm. Rusiya ilə bağlı sanksiyalar uzunmüddətli olarsa, müəyyən problemlər yarana bilər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR