Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Eldar Əzizov icra başçılarını toplayıb, onlara 2 ay vaxt verdi

Eldar Əzizov icra başçılarını toplayıb, onlara 2 ay vaxt verdi

Tarix: 11-03-2022, 12:48


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.

Bu barədə  BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib. Bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə video film nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR