Son Xəbər: Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir,

Nazirlik Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib

Nazirlik Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib

Tarix: 14-03-2022, 13:50

Təhsil Nazirliyi Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir.

Qeyd olunub ki, övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir: "Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR