Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Korrupsiyada ittham edilən gömrük işçiləri azadlığa buraxıldı

Korrupsiyada ittham edilən gömrük işçiləri azadlığa buraxıldı

Tarix: 16-03-2022, 14:35

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediabiz.az Trend-ə istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc müdafiə çıxışı edib.

Vəkil təqsirləndirilən şəxslərin işdə günahı olmadığını bildirib və onlara bəraət istəyib.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyib. Təqsirləndirilən şəxslər məhkəmədən bəraət istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmdə bildirilib ki, ibtidai istintaq zamanı bəzi təqsirləndirilən şəxslərin hüquqları pozulub. Bəzi hallarda təqsirləndirilən şəxslərə əsassız ittiham verilib.

Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə bəraət verib.

Təqsirləndirilən şəxslər 311.3.1-ci maddə ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərin hər birinin barəsində 62-ci maddə tətbiq edilib və onların əməli dövlət üçün ictimai təhlükə törədən cinayət hesab edilməyib.

Məhkəmə bu faktları nəzərə alaraq hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 7 nəfər azadlığa buraxılıb, 1 nəfər Elmar Mirzəyev isə 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslər - Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il 2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR