Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Bu ölkələr rus diplomatlarına ölkədən çıxmaq üçün 3 gün vaxt verdi - YENİLƏNİB

Bu ölkələr rus diplomatlarına ölkədən çıxmaq üçün 3 gün vaxt verdi - YENİLƏNİB

Tarix: 18-03-2022, 16:51

Latviya, Estoniya və Bolqarıstan Rusiya diplomatlarını və səfirlik işçilərini ölkədən çıxarmaq qərarına gəlib. 

Mediabiz.az  Latviya, Estoniya və Bolqarıstan Xarici İşlər nazirliklərinin mətbuat xidmətlərinə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi təcavüzü olub.

Nazirliklərdən verilən açıqlamalarda Rusiya diplomatlarının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlər həyata keçirdikləri göstərilir.


Bolqarıstan Baş nazir Kirill Petkovla razılaşaraq 10 rus diplomatının persona non-qrata elan edilməsinə qərar verildiyini açıqlayıb. Onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Litvada Rusiya səfirliklərinin bütün əməkdaşlarını ölkədən qovmaq qərarına gəliblər.

Öz növbəsində Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq Rusiya səfirliyinin diplomatik statuslu 3 əməkdaşının persona non-qrata elan edildiyini bildirən diplomatik nota verib. Onlar Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran təbliğat aparmaqda ittiham olunublar. Diplomatlara Estoniyanı tərk etmək üçün üç gün vaxt verilib.


xxx


14:56


10 rus diplomatı Bolqarıstanda persona non-qrata elan edilib.


"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyi məlumat yayıb. 


Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynada daxil olmasından sonra xeyli sayda ölkə rus diplomatlarını arzuolunmaz şəxs elan edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR