Son Xəbər: Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir, Bakıda internat məktəbinin yataqxanasında yanğın olub, Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib, Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib,

BXA əməkdaşları akademiyanı Qazaxıstanda fəxri qonaq qismində təmsil edirlər

BXA əməkdaşları akademiyanı Qazaxıstanda fəxri qonaq qismində təmsil edirlər

Tarix: 18-03-2022, 17:05



Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova və Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının dəvəti ilə Qazaxıstanın Nur-Sultan şəhərinə ezam olunublar. Səfər çərçivəsində BXA əməkdaşları Respublika Fənn Olimpiadası və Mintay Jelenyeviç Tleubayevin 75 illiyinə həsr olunmuş Gənc xoreoqrafların IV müsabiqəsində fəxri qonaq qismində iştirak edirlər.

Səfərin ilk günü Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının prorektoru, Qazaxıstanın əməkdar incəsənət xadimi Nusipjanova Bibigül Nurqaliyevan ilə görüş keçirilib. Görüş zamanı Bakı Xoreoqrafiya Akademiyası və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, BXA bir çox xarici ali təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli formatda müqavilələr imzalayıb, eyni zamanda, əməkdaşlıq əlaqələrini genişləndirir:

“Təbii ki, bütün bunlar tədris prosesində əldə edilən biliklərin təcrübədə tətbiqi, tələbələrin bacarıqlarının üzə çıxarılması, yeni peşəkar xoreoqrafların yetişdirilməsi üçün atılan unikal addımdır”.

Hər iki ali təhsil müəssisəsi tərəflər arasında mövcud əməkdaşlığı təşviq və gücləndirirməyə dair razılığa gəliblər.

Qeyd edək ki, BXA əməkdaşlarının fəxri qonaq qismində iştirak etdikləri Gənc xoreoqrafların IV müsabiqəsində Abay adına Qazax Milli Pedaqoji Universitetinin, M.Utemisov adına Qərbi Qazaxıstan Universitetinin, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının, M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin, Qazaxıstan Milli Qadın Pedaqoji Universitetinin, Qorqud Ata adına Qızılorda Dövlət Universitetinin, M.X.Dulati adına Taraz regional Universitetinin, K.Jubanov adına Aktyubin regional Universitetinin və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələrindən ibarət komandalar iştirak edir. Gənc xoreoqrafların IV müsabiqəsi kifayət qədər nüfuzlu və tanınmış müsabiqə hesab olunur.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası və Qazaxstan Milli Xoreoqrafiya Akademiyası arasında 2016-cı il tarixindən qarşılıqlı əməkdaşlıq müqaviləsi mövcuddur.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR