Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bu rayonda unun qiyməti qalxıb - VİDEO

Bu rayonda unun qiyməti qalxıb - VİDEO

Tarix: 19-03-2022, 09:48


Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.

Satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.

Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.

Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat olaraq  açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR