Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bu abituriyentlərə əlavə imkan yaradılacaq - RƏSMİ

Bu abituriyentlərə əlavə imkan yaradılacaq - RƏSMİ

Tarix: 19-03-2022, 13:09


Dövlət İmtahan Mərkəzi (DİM) XI sinfi bu il bitirən və ya keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 17-dək qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib.

DİM-dən  verilən məlumatda bildirilib ki, DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin martın 17-dək elektron ərizəsini təsdiq etməyən abituriyentlərə qeydiyyatdan keçmək üçün əlavə imkan yaradılacaq.

XI sinfi bu il bitirən bütün abituriyentlər üçün elektron ərizə qəbulu proqramı aprel-may aylarında aktiv olunacaq.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün də elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq. Həmin abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə biləcəklər. Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR