Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

"Təhsil Nazirliyinin şöbə müdiri deyir ki, hamı yaxşı yaşayır" - ETİRAZ

"Təhsil Nazirliyinin şöbə müdiri deyir ki, hamı yaxşı yaşayır" - ETİRAZ

Tarix: 31-03-2022, 08:49

 
Valideynlərin məktəbli formalarının dəyişəcəyi xəbərinə hirsi, əsəbi keçməmiş, Təhsil Nazirliyi “şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək” açıqlaması odun üstünə yağ tökdü. Məlumdur ki, xüsusilə aztəminatlı ailələr məktəbli formalarının hər 3 ildən bir yenilənəcəyinə etiraz edir, buna maddi imkanları çatmadığından çətin vəziyyətdə qalacaqlarını bildirirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə də bu mövzu ciddi müzakirə predmetidir.

Hətta mövzunun aktuallığını nəzərə alan Azərbaycan Dövlət Televiziyası da “Çıxışa doğru” proqramında məsələni müzakirəyə çıxarıb. Yeni məktəbli formalarının 3 rəngdə, müxtəlif dizaynlarda təqdim edilməsi, elementlərin çoxluğu geyimlərin heç də hamı üçün əlçatan olmayacağını ehtimal etməyə əsas verir. Üstəlik, formalarının rənginin, dizaynının hər bir məktəbin Pedaqoji Şurası tərəfindən təsdiqlənəcəyi məktəb rəhbərliyinin əlinə əlavə təsir imkanları verəcək.

Müzakirələrin belə qızğın vaxtında Təhsil Nazirliyi “məktəbli forması geyinməyən məktəbə buraxılmayacaq” deyir. Bu, nə cürət?! Bəlkə də nazirlik bu şəkildə konkret fikir irəli sürməyib. Amma açıqlamadan məhz bu anlaşılır: “Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununa əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün təsvirləri müvafiq qurum tərəfindən müəyyən olunan geyim formaları tətbiq edilir. "Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Beləliklə, məktəblər bir tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcəklər" - deyə bildirilib”.

Bu açıqlamadan anlaşılan məhz budur ki, yeni məktəbli formaları tam tətbiq edildikdən sonra fərqli geyimdə olanlar məktəbə buraxılmayacaq. Təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Bu hüquq Azərbaycan Respublikasının Ana Qanunu – Konstitusiya ilə təsdiq olunub. Azərbaycanda təhsil icbaridir. Bu da “Təhsil haqqında” Qanunla təsdiqlənir. Uşağa, sənin forman yoxdur, məktəbə gələ bilməzsən, demək cəsarətini, cürətini hardan “əldə edəcəklər”, maraqlıdır. Bu, küstah bir açıqlamadır və hesab edirik ki, Təhsil Nazirliyi buna aydınlıq gətirməlidir. Məsələ ilə bağlı “Şərq”ə danışan sosioloq Lalə Mehralı AzTV-nin efirində “Çıxışa doğru” proqramında mövzu ətrafında geniş müzakirələr aparıldığını bildirdi:

- Mən o verilişdə də fikrimi səsləndirdim. Məktəbli formalarının hər 3 ildən bir yenilənməsinin hansı əsasa, hansı məntiqə söykəndiyinə izah almaq istədim. Amma olmadı. Verilən cavablar sadəcə bəhanə, süni səbəblərdən o yana keçmirdi. Təsəvvür edin, verilişdə iştirak edən TN-in şöbə müdiri deyir ki, hamı yaxşı vəziyyətdə yaşayır. Deməli, bu şəxsin ətrafında kasıb ailə yoxdur. Amma mənə vatsapda “3 uşağımı məktəbə göndərə bilmirəm. Çünki ayaqqabıları yoxdur, ala bilmirəm” yazan analar var. Sadəcə, insan utanır, çəkinir onların adını açıqlamaqdan, çünki bu, etik deyil. Mən o ailəyə bir cüt ayaqqabı alıb göndərdim. Bir cütə gücüm çatdı. Bunu ona görə deyirəm ki, bəlkə məmurlar ölkədə heç də hamının yaxşı yaşamadığını bilsinlər. Aztəminatlı ailələri də nəzərə alsınlar. Yeni məktəbli formaları sözsüz ki, baha olacaq. Çünki deyilənə görə, 97 faiz pambıq parçadan olmalıdır. Pambıq parçanın baha olması sirr deyil. Həm də formanın elementləri də çoxdur. Köynək, jilet, şalvar, ətək. Qısa qollusu, uzun qollusu...Ona görə də qiymətlər normal standartlardan baha olacaq. Təkcə bir nəfərin əmək haqqı aldığı, azyaşlı, məktəbli uşaqların 2-3 olduğu ailələri düşünsünlər. Məktəbli forması hər 3 ildən bir dəyişəcəksə, kiçik yaşlılar böyüklərin formasını geyinə bilməyəcək. Valideyn mütləq yenisini almalıdır. Buna isə maddi imkanları çatmayacaq. Bilirsiz, bu, qız uşaqlarının, eləcə də təhsildən yayınmaya meyilli olanların məktəbdən daha da uzaqlaşmasına gətirib çıxaracaq. Biz illərdir erkən nikahlarla mübarizə aparırıq. Bundan sonra valideyn deyəcək, forma almağa gücüm yoxdur, fərqli geyimdə də uşağı məktəbə buraxmırlar. Mən də göndərmirəm.

L.Mehralı Təhsil Nazirliyinin məlum açıqlamasının heç bir ölçüyə sığmadığını dedi:

- Bu açıqlama nə hüquqa, nə insanlığa, nə etikaya, nə də vəzifə səlahiyyətlərinə sığır. Bu açıqlama Azərbaycan Konstitusiyasına hörmətsizlikdir. İnsan dəyərlərinə hörmətsizlikdir. “Bizim Cəbiş müəllim” filmini xatırlayın. Şagirdlərdən biri çimərlik paltarında məktəbə gəlir. Uşaqlar onu lağa qoyanda, Namiq onu müdafiə edir “bəlkə başqa paltarı yoxdu?!”. Yəni Təhsil Nazirliyindəkilər “Namiq qədər” olmadı?!.

L.Mehralı dövlət ümumtəhsil məktəblərində aztəminatlı ailələrin uşaqlarına məktəbli formalarının ödənişsiz verilməli olduğunu da dedi:

- Məncə, dövlətimizin buna maddi gücü yetər ki, aztəminatlı ailələrin uşaqlarına məktəbli forması pulsuz verilsin. Amma bunu da reklam etməsinlər. Bir çox ailələr məhz efirdə nümayiş olunacaq deyə, yardımlardan imtina edir. İnsanları dövlətdən narazı salmaq lazım deyil. Lakin bəzən elə hadisələrin şahidi oluruq, sanki kimlərsə bilərəkdən, şüurlu şəkildə vətəndaşlarda qıcıq yaradır və dövlətdən narazı salmağa çalışırlar. Bunun qarşısı alınmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR