Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda 19 federasiya fəaliyyətini dayandırdı

Azərbaycanda 19 federasiya fəaliyyətini dayandırdı

Tarix: 31-03-2022, 12:50

 
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Mediabiz.az” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped İdmanı Federasiyası” İB, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan Respublikası Həndbol Federasiyası" İB, “Azərbaycan Boks Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası" İB akkreditasiyaları təsdiqlənib.

Bundan başqa, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB, “Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido Federasiyası” İB, “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR