Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

Tarix: 4-04-2022, 21:53

 

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə spiker Sahibə Qafarova bildirib ki, ötən il Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinin 20 ili tamam oldu. Ölkəmiz üzvlüyü dövründə Avropa Şurası və onun institutları ilə konstruktiv dialoq əsasında aktiv əməkdaşlıq edir. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri bu təşkilatın tədbirlərində, onun komitələrinin işində yaxından iştirak edir. Deputatlarımız AŞPA-nın qurumlarında müxtəlif aparıcı vəzifələrə seçiliblər. Pandemiyaya baxmayaraq, deputatlarımız həmişə AŞPA-nın tədbirlərinə onlayn və ya ənənəvi formatda qatılıblar və sıx əməkdaşlığımızı bundan sonra da davam etdirmək niyyətindəyik.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul olunduqdan sonra əməkdaşlığımızın daha da dərinləşməsinə kömək edəcəkdir. Həmin proqramda bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Görüşdə 44 günlük Vətən müharibəsi barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz sülhdən danışmaq istəyir. Azərbaycanın Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Ölkəmiz ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. Ümid edirik ki, Ermənistan Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək. sülh sazişinin imzalanması region ölkələrinin inkişafına yeni təkan verəcəkdir.

Milli Məclisdə olmaqdan və qonaqpərvər münasibətdən məmnunluğunu bildirən Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç onun təmsil etdiyi təşkilatla Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini qeyd edib. Bildirib ki, AŞ və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planı gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Səfər çərçivəsində keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən qonaq müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Söhbət zamanı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR