Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

5 aprel 2022-ci il tarixində nə baş verəcək?

5 aprel 2022-ci il tarixində nə baş verəcək?

Tarix: 5-04-2022, 09:05

Yeni ilin ilk günlərində tanınmış astroloq Hande Kazanova 2022-ci ildə koronavirusla bağlı imtahanımızı və astrologiyaya əsasən bu yöndə bizi nələrin gözlədiyini şərh edərkən 5 aprel 2022-ci il tarixinə diqqət çəkmişdi.

Hər kəsin maraqla gözlədiyi bu tarixdə nə baş verəcək?

5 aprel tarixində müəyyən hadisələrin yaşanacağını və bu tarixə diqqət edilməli olduğunu qeyd edən Hande Kazanova yay aylarından sonra artıq rahat nəfəs alacağımızı, tam şəkildə isə 2023-cü ilin martından bu problemlərin bitəcəyini vurğulamışdı.

Astroloqun proqnozlarına görə, 5 apreldə Mars və Saturnun birləşməsi dövrəyə girəcək ki, bu da astrologiyada çox önəmli hadisə sayılır:

“Bu zamanda gözlənilməyən hadisələrə şahid ola bilərik. Bunlardan biri olaraq 30 mart 2022-ci il tarixində dünyada pandemiyadan qaynaqlanan bir ləngimə enerjisinin aktivləşdiyini deyə bilərik. İndi yenə Mars və Saturn birləşməsi dönəmində karyera, peşə, iş həyatı, iqtisadiyyatla bağlı məsələlərin əhəmiyyət qazandığı bir dönəm olacaq. Pandemiya ilə bağlı yenidən bəzi problemlərin yarana biləcəyi də ehtimal olunur. Sona çatmış kimi görünsə də, qarşımızdakı dönəmdə başqa yoluxucu xəstəliklər və ya rəqəmsal məkandan gələ biləcək zərərlər ortaya çıxa bilər. Kosmos, elektrik enerjisi, insan haqlarının pozulması ilə bağlı məsələlərdə bir dayanma-durma enerjisinin yaranması baş verə bilər ki, belə zamanlarda həyatın axınına əks istiqamətdə getməməli və dayanmağımız lazım olduğu yerdə dayanmalıyıq.

İki xoşagəlməz planet var ki, bunlardan biri enerjimizi istiqamətləndirən Mars, digəri isə məhdudiyyətlər və əngəllərlə bağlı olan Saturndur. Bu səbəbdən bu iki planetin xoşagəlməz təsirlərinin ola biləcəyini diqqətdə saxlamaq lazımdır”. ("Haber Global")




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR