Son Xəbər: Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır,

Lavrov Ceyhun Bayramovla müzakirə APARDI

Lavrov Ceyhun Bayramovla müzakirə APARDI

Tarix: 8-04-2022, 19:26

 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Mediabiz.az Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında ali səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının icrası müzakirə edilib.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi müsbət qiymətləndirilib.

Bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıb. Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli bəyanatların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçiriblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR