Son Xəbər: Hakan Fidan onunla qəza haqda danışdı, Təyyarə siqnal vermədən radarlardan itib, ABŞ-də görüşdülər, Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı, Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR, Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi, Babək Quliyev UEFA-dan növbəti təyinat alıb, Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq, London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib, Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi,

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

Tarix: 12-04-2022, 13:01

 
Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR