Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan

Bakı bu əraziləri də öz nəzarətinə götürdü – Mnatsakanyan

Tarix: 14-04-2022, 10:34

 
Azərbaycan Ordusu Qarabağda bir neçə strateji əhəmiyyətli nöqtəni bircə atəş açmadan öz nəzarətinə götürüb.

Bu fikirləri erməni siyasi şərhçi Ramella Mnatsakanyan bölüşüb.

Erməni ekspertin sözlərinə görə, dünya birliyi isə tamamilə Azərbaycanın tərəfindədir.

“Bu məntiqlidir. Bakı 44 günlük müharibə dövründə öz gücünü bütün dünyaya göstərdi, indi isə təbii qaz amilindən öz maraqlarını irəli çəkmək üçün istifadə edir.

Bəs bizdə? Yalnız özümüzə onunla təskinlik tapaq ki, dünyanın başqa ölkələrində bizdən betər hakimiyyətlər də mövcuddur - Ukrayna və yaxud Rusiya misalında.

Ermənistanın bəlası ondadır ki, bizdə heç müxalifət də yoxdur. Ümumiyyətlə sıfır.

Baş nazir Paşinyanı istənilən qədər tənqid etmək olar, o, həqiqətən də çox səhvlər edib. Amma gəlin, özümüzü onun yerinə qoyaq və sual verək: vəziyyəti necəsə dəyişmək olarmı? Cavab aydındır - artıq mümkün deyil”, - o bildirib.

Onun sözlərinə görə, Bakı Qarabağda yeni əraziləri öz nəzarətinə götürür:

“Bu, Rusiya sülhməramlılarının və dünya birliyinin tam razılığı şəraitində baş verir. Yaxın vaxtlarda Rusiya sülhməramlılarının nəzarətində olan bütün Qarabağ əraziləri Azərbaycanın nəzarətinə keçəcək, ruslar isə bu torpaqlardan ümumiyyətlə çıxacaqlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR