Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bizə aciz, sədəqə verilən kimi baxmayın – Şəhid xanımı

Bizə aciz, sədəqə verilən kimi baxmayın – Şəhid xanımı

Tarix: 14-04-2022, 11:19

 Şəhid ailələrinə aciz, sədəqə verilən kimi baxılmasın. Bu ailələr ən müqəddəs dəyər daşıyıcılarıdır. Şəhidlərimiz həyatlarını millətin, dövlətin bütövlüyü, azadlığı uğrunda fəda edib.

Bu sözləri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.

“R.Orucovla bərabər şəhid olan polkovnik Vüqar Yusifovun xanımı ilə birgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaratdıq və ictimai fikri tamamilə dəyişməyə çalışdıq. İstəmədik ki, bizə, övladlarımıza kiminsə yazığı gəlsin, aciz kimi görsünlər. Çünki bizim daşıdığımız dəyərlər daha yüksəkdir. Biz elə oğullar yetişdirməliyik ki, itirdiyimiz oğulları əvəz etməsə də, onların yolunu getməyə layiq olsunlar. Sosial problemlərdən də qabaq, ilk məqsədimiz gənclər və məktəblilər arasında şəhidlərimizin irsinin öyrənilməsi, qəhrəmanlığının təbliği oldu. Bu ölkədə elə bir təhsil ocağı olmayıb ki, orada bunu təbliğ etməyək. Biz əsasən gənclərə hədəflənmişik”, - deyə şəhid xanımı vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR