Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Nazirlik oruc tutan diabet xəstələrinə ÇAĞIRIŞ ETDİ

Nazirlik oruc tutan diabet xəstələrinə ÇAĞIRIŞ ETDİ

Tarix: 14-04-2022, 12:53

 
"Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər".

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

Onun sözlərinə görə, baş verə biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır: "Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır. Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir. İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk faktorudur".

Həkim-terapevt bildirib ki, susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə, eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox yüksəkdir: "Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu göstərdi.

Oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk qruplarına bölünür:

Çox yüksək risk qrupu - qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s;

Yüksək risk qrupu - hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;

Orta risk qrupu - qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman preparatlarını qəbul edənlər;

Aşağı risk qrupu - yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr, hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s.

Qeyd edim ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər".






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR