Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Banklar lombardları, lombardlar insanları "küncə sıxışdırır" - NƏ ETMƏLİ?

Banklar lombardları, lombardlar insanları "küncə sıxışdırır" - NƏ ETMƏLİ?

Tarix: 21-04-2022, 08:36

 
Son zamanlarda insanların lombarda marağı artıb.

Vətəndaşlar banklardan kredit götürməkdə çətinlik çəkdiyi üçün daha asan olan lombardlara üz tuturlar. Belə ki, banklarda yüksək məbləğdə kreditin ayrılması ilə bağlı prosedurun uzun müddət davam etməsi və çox sayda sənədin tələb olunması insanları yorur. Belə olan halda vətəndaşlar tez pul əldə etmək üçün lombarda müraciət edirlər. Nəticə etibarilə, yenə də uduzan şəxslər olur. Çünki lombardların təklif etdiyi faiz banklardan qat-qat artıqdır. Bununla yanaşı, insanlar ödənişi vaxtlı-vaxtında həyata keçirməyəndə əllərindəki qızılları da itirirlər.

Buna baxmayaraq, bəzən çarəsizlik insanları istəmədiyi addımları atmağa sövq edir. Müşahidələr göstərir ki, lombarddan kredit götürənlərin böyük bir hissəsi həmin pulu geri qaytara bilmir. Çünki o qədər yüksək faizlər olur ki, vətəndaşlar qızıllarını geri ala bilmək üçün götürdüyü pulun minimum 4-5 qatını ödəməyə məcbur qalır. Bu isə çox zaman alınmır.

Sosial şəbəkələrdə fikirlərini paylaşan insanların rəyindən görmək olur ki, son vaxtlarda yaşanan bahalaşma əhalinin kasıb təbəqəsini lombarda üz tutmağa vadar edib.

Maraqlıdır, son zamanlar lombarda müraciət edənlərin sayında artım varmı? Lombardlar qızılları hansı qiymətlə götürür? u sualların izi ilə Cebhe.info-nun əməkdaşı paytaxt Bakıda fəaliyyət göstərən bir neçə lombarda baş çəkib.

Paytaxtın mərkəzindəki lombardın adının açıqlanmasını istəməyən əməkdaşı bildirib ki, son zamanlar müraciət edənlərin sayında artım yoxdur:

“Hazırda kredit götürməklə bağlı böyük tələbat yoxdur. Ümumiyyətlə, kreditlərin faiz dərəcələri qızılın əyarına görə dəyişir. Daha çox 750 əyarlı qızıla üstünlük verilir. Bəzən insanlar götürdükləri kreditləri geri qaytara bilmirlər. Bu zaman müqaviləyə əsasən, qızıllar satışa çıxarılır. Amma satış prosedurunun necə olduğunu deyə bilmərəm. Çünki həmin işi müdriyyət özü icra edir”.

Qızılların qiyməti də fərlqi hesablanır:

“Qızıla baxmaq lazımdır. Görmədən qiymət deyə bilmərəm. Qızıldan qızıla fərq var. Ümumi olaraq, əyarına görə 58-65 manat arası dəyişir”.

Növbəti yaxınlaşdığımız lombarddan da kredit götürmək istəyənlərin sayında artım yaşanmadığını öyrəndik:

“Ümumiyyətlə, son günlərdə bizdən kredit götürmək istəyənlərin sayında artım yaşanmayıb. Əksinə, insanlar lombardlardan daha çox banklara müraciət edirlər. Düzdür, banklara nisbətən vaxt cəhətdən lombarddan kredit götürmək daha asandır, amma sərfəli deyil. Çünki banklardakı faizlər daha aşağı olur. Bizdə isə kreditin illik faizi 48-60 faizə qədər olur. Bankda isə bu rəqəm 25-28 faiz olur. Amma bankda ödənişin vaxtı çatanda ödəmək məcburiyyətindədir, yoxsa əlavə faizlər və cərimələr gəlir. Lombardda isə ödəniş gecikdikdə bir müddət gözləmək olur”.

Qızılları neçə manatdan götürüldüyü də maraqlıdır:

“Biz qızılları lom qiymətindən təxminən 5 manat ucuz götürürük. Məsələn, qızılın qramı 59 manatdırsa, biz 54 manatdan götürürük. 750 əyar olan qızıl isə 76 manat olanda, biz onu 70 manatdan hesablayırıq. Götürülən qızıllara qiymət müəyyən edildikdən sonra bankda saxlanılır”.

Tez-tez lombarddan kredit götürüb, sonra onu geri qaytara bilməyən insanlarla qarşılaşırıq. Bu zaman girov qoyulan qızılların satışa çıxarılması necə icra olunur?

“Bizim qaydalara əsasən, 40 gün ərzində ödəniş olmursa, müştəriyə xəbərdarlıq olunar, hətta əlavə vaxt verilir. Təxminən 2 aya ərzində heç bir ödəniş həyata keçmirsə, qızıllar satılır. Ümumi prosedura əsasən qızıl satılan zaman 2 ayın faizi də nəzərə alınır. Yəni 200 manat kredit vermişiksə, qızılı satanda elə qiymət qoyuruq ki, 220 manat olsun. Qızılların harada satılması ilə bağlı isə heç bir məlumatım yoxdur. O işləri rəhbərlik özü edir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR