Son Xəbər: Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb,

Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi

Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi

Tarix: 25-04-2022, 17:54

 

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilib, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilib.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin; Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam iyulun 1-dən qüvvəyə minir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR