Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Tarix: 26-04-2022, 10:04

 
Aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin  şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

08:40

Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.

Hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

M.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR