Son Xəbər:
Tarix: 28-04-2022, 13:30
AR PA Humanitar siyasət, diaspor,
multikulturalizm və
dini məsələlər şöbəsinin müdiri
Fərəh Əliyevaya
Əlbəttə, sizə xanım deyə müraciət etməyəcəyəm. Çünki “xanım” hörmət və şərəf üçün qadınlara verilən addır. Bu hörməti mən sizdə görmədim. Ona görə də sizə müraciətim “Fərəh Əliyeva” olacaqdır.
06.04. 2022 ci il tarixli №34\04-22 məktubla sizə müraciət etmişdim. Çox təəssüflər olsun ki müraciətimə sizdən heç bir reaksiya olmadı. Sanki biz bu müraciəti bir boşluğa göndərmişdik. Müzəffər Ali baş Komandan Prezidentimiz cənab İlham Əliyev hər çıxışında deyir: “Vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır”, bu sözlər, tutduğu mövqedən asılı olmayaraq hamıya aiddir.
Prezidentimiz cənab İlham Əliyevin daha bir sözünü yada salmaq istəyirəm. O, deyir: Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Prezidentimiz həmişə məmurlara xəbərdarlıq edir ki: məmurlar xalqa xidmət etməlidirlər. Sizin, mənim müraciətimə reaksiya verməməyinizi sayğısız yanaşma, kobudluq, yekəxanalıq kimi qəbul edirəm.
Haşiyədən çıxaraq maraqlı bir əhvalatı danışım. 11-12 il bundan əvvəl, daha dəqiq desək 16.08.2010 ci ildə Şəkidə Bəxtiyar Vahabzadənin poeziya günü keçirilirdi. Rəhmətlik Şirməmməd müəllim də həmin tədbirdə iştirak edirdi. Tədbirdə çıxış üçün mənə də söz verildi. Çıxışımda dedim ki, mən də bir Azərbaycanlı olaraq söz verirəm ki, gələn il Bəxtiyar Vahabzadənin poeziya gününə kimi dahi şairimizin bir kitabını başqa dillərə tərcümə etdirib nəşr etdirəcəyəm. Tribunadan yerimə qayıdanda rəhmətlik Şirməmməd müəllim məni qarşıladı və dedi: Siz bu sözləri iştirakçılara xoş getsin deyə, dediniz?
Ona cavabım belə oldu: Şirməmməd müəllim, biz kiminsə xoşuna getmək üçün söz yox, Dövlətimizin, xalqımızın, Prezidentimizin xoşuna getməsi üçün əməli işlər görürük. Deyəsən bu sözüm onun xoşuna gəlmişdi. Dedi, “görərik”.
Üstündən müəyyən vaxt keçəndən sonra Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını qırğız, rus və ingilis dillərinə tərcümə etdirib, kitab şəklində nəşr etdirib Bakıya gələndə özümlə gətirdim. BDU-da Şirməmməd müəllimin işlədiyi kafedranı tapdım. Özü kafedrada yox idi. Kafedranın müəllimləri dedilər ki, Şirməmməd müəllim xəstədir, ona görə işə gəlməyib. Onlardan xahiş etdim ki, zəng edib mənim gəldiyimi və kitabı gətirdiyimi ona desinlər. Zəng edib Şirməmməd müəllimə mənim gəldiyimi, kitabı gətirdiyimi dedilər. Telefonu mənə uzatdılar, dedilər ki, o səninlə danışmaq istəyir. Telefonu götürdüm. Təkidlə dediyi ilk sözü bu oldu: “Mən xəstə olsam da indi gəlirəm, xahiş edirəm məni gözləyin.” Cavabımda dedim ki, Şirməmməd müəllim, siz müalicənizi alın, nə vaxt sağalarsınız işə gələndə kitabları müəllimlərdən götürərsiniz, biz kitabları onlara veririk. Şirməmməd müəllim, “bu olmadı ki, gözləyin indi gəlirəm” – daha da təkidlə dedi. Mən onun xəstə halda BDU-ya bizimlə görüşmək üçün gəlməsinə yol verə bilməzdim. Bəhanəyə əl atdım. Dedim ki, Şirməmməd müəllim, mən hava limanına gedirəm, yolüstü sizin iş yerinizə dəydim ki, kitabları verim. İnşallah, bir də gələndə siz də yaxşı olarsınız, o zaman görüşərik.
Doğrusu onda insana qarşı olan ədalətə, qayğıya məəttəl qalmışdım. İllər sonra ağlıma belə gətirə bilməzdim ki, belə bir dahi şəsiyyətin Fərəh Əliyeva kimi insana qarşı laqeyd, sayğısız övladı ola bilər.
Ulu Öndər Heydər Əliyev bizə öyrədirdi: Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır. Fərəh Əliyeva biz Ulu öndərin belə kəlamları ilə böyümüşük. Bizim daxilimiz də, xaricimiz də bu hisslərlə qurulub.
Fərəh Əliyeva, 14.01.2022 -ci il tarixdə sizə №3\14-22 müraciət ünvanladım. Sanki müraciəti dibsiz bir quyuya atdıq. Hələ də cavab gözləyirik. Kəndimizdə bir kişi var idi, o, yazdığı məktuba cavab gəlməyəndə deyərdi: “Məktubu yazdım Mərkəzə, Cavabı getdi Çərkəzə.” Bəlkə siz də müraciətimin cavabını Çərkəzə göndərmisiniz? Siz mənim müraciətimə qarşı ədalətsiz yanaşdınız. Ulu Öndərin bir kəlamını yadınıza salmaq istəyirəm. O, deyirdi: Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.
Onu da əlavə edərək xatırladım ki Ulu Öndər Heydər Əliyev deyirdi: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.”
Fərəh Əliyeva, biz diaspora rəhbərləri qərara gəlmişik ki, alternativ qurultay keçirək. Bizim bu təşəbbüsümüzə siz zəmin yaratdınız.
Alternativ qurultayda Diasporla iş üzrə Dövlət Komitəsinin yarıtmaz işinə görə rəhbərliyinin tam şəkildə dəyişdirilməsi tələbini ortaya qoymağı, o cümlədən, sizin rəhbəri olduğunuz şöbənin ləğvi məsələsini müzakirə etməyi nəzərdə tutmuşuq. Əgər çağırışımıza məhəl qoyulmasa Diasporla iş üzrə Dövlət Komitəsinin və sizin rəhərbəri olduğunuz şöbəni baykot edəcəyik. Alternatiiv qurultayımızda Komitəyə alternativ bir qurumun yaradılması məsələsinə də baxmağı planlaşdırırıq.
Diasporla iş üzrə Dövlət Komitəsi, rəhbəri olduğunuz AR PA Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsi bizim qayğımıza qalmırsa, müraciətlərimizə laqeyd yanaşılırsa, taleyimizlə maraqlanmırsa, o zaman Dövlətdən maliyələşən iki böyük institut lazımsız bir qurum kimi ləğv edilməlidir.
Bizim bu təşəbbüsümüz Ulu Öndər Heydər Əliyevin bizə veridiyi tövsiyədən irəli gəlir. O, deyirdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.” Gələcəkdə arzuolunmaz hadisələrin baş verəcəyinin qarşısını almaq üçün çox ciddi mövqe ortaya qoymuşuq. Ya da, həm Fuad Muradov, həm də siz özünüz istefa verin!
Bildiyiniz kimi 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının prezidenti ulu öndərimiz Heydər Əliyev “xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin yaradılması haqqında” fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd idi. Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verməli idi.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.
Böyük şəxsiyyətin əlindəki kitabı biz hədiyyə etmişdik. Azərbaycan şairlərinin qırğız
dilinətərcümə etdirib nəşr etdiyimiz “Azərbaycan ırları” adlı kitabdır
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Beləliklə, Diasporların hüququnu mütamadi pozan, diasporlara problem yaradan, hüquqlarını qoruya bilməyən Dövlət büdcəsindən maliyələşən Diasporla iş üzrə Dövlət Komitəsi və AR PA Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin olması Prezidentimizin apardığı siyasətə ziddir və belə qurumlarda aparılan antimilli siyasət Prezidentimizin xaricdəki dayaqlarının zəiflənməsinə hesablanıb və bu da xəyanətdir. Yeri gəlmişkən Ulu Öndərimiz Heydər Əliyevin bir kəlamını da xatırlatmaq istəyirəm: Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir.
Ermənistan Dövləti 30 ildən artıqdır ki, Erməni diasporunun maliyəsi hesabına fəaliyyət göstərir. Deyəsən Diasporla iş üzrə Dövlət Komitəsində ermənilərin bu ideologiyasını tam əksini başa düşüblər. Onlar qərara gəliblər ki Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşları diasporların hesabına yaşamalı və fəaliyyət göstərməlidirlər.
Azərbaycan Dövləti naminə çalışan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdıran diasporalar vurulur, elə diasporları sındırmağa çalışırlar. Ancaq üzüyola diaspor rəhbərləri ilə münasibət qurulur, Komitənin saytında onları gömədikləri işləri ilə sanki bu işi görübmüş kimi təbliğ edirlər. Bizim isə gördüyümüz işlərin onundan birini saytlarında işıqlandırırlar. Soruşanda ki niyə bizim gördüyümüz iş haqqındakı filan məlumatı vermədiniz? Onların bir cavabı olur. Görməmişik. Beləliklə iş görən, onların kriteriyalarına uyğun olmayan təşkilatların işini görmürlər, gözləri kor olur. Onların kriteriyalarına da yəqin ki hədiyyə və rüşvət verən diasporlar münasibdir.
İndi isə sizə gördüyümüz işlərin cüzi bir hissəsi haqda məlumat vermək istəyirəm.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq sözdə yox, əməldə Azərbayvcanla yanaşı, digər Türkdilli Dövlətlərin tarixini, mədəniyyətini, ədəbiyyatını öz şəxsi vəsaitimizlə təbliğ etməkdəyik. Ulu Öndər Heydər Əliyevin müqəddəs həyat və fəaliyyətini özündə əks etdirən 20-ə qədər, Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyətini özündə əks etdirən 18-ə qədər kitabı müxtəlif dillərə tərcümə etdirib, nəşr edib təmənnasız yaymışıq, paylamışıq. Bundan başqa Azərbaycan həqiqətlərini özündə əks edirən tarixi, elmi kitabları öz vəsaitimizlə tərcümə və nəşr etdirərək paylanılmasını təmin etmişik.
Xüsusilə vurğulamaq istəyirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 05 yanvar 2022-ci ildə imzaladığı tarixi sərəncamla 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı şair və alimlərimizin Şuşa haqqında yazdıqları əsərləri əlahiddə olaraq bir neçə dillə tərcümə və nəşr etdirərək müxtəlif təbəqələrdən olan insanlar arasında yaymışıq.
Çox mühüm bir tarixi məqama da toxunmaq istəyirəm. Belə ki, 2008- ci ildə Dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun, 2009-cu ildə isə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini məhz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu təşkil etmiş və Cənab Prezident, tərəfindən qəbul edilərək xoş təəsüratlarla yadda qalmışdı. Bundan başqa SSRİ xalq artisti, SSRİ Dövlət müküfatı laureatı Bolot Şəmşiyevin başçılıq etdiyi nümayəndə heyətinin səfərini də Azərbaycana məhz biz təşkil etmişdik.
Öz vəsaitimizlə Ulu Öndər Heydər Əliyevin və Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və fəaliyyətini özündə əks etdirən “İki dahi şəxsiyyət…” adlı sənədli film çəkdirmişik. Vaqif Mustafayevin müəllifi olduğu “Xoca” filmini qırğız dilinə tərcümə etdirib dublyaj etdirmişik. Qənirə Paşayevanın müəllifi olduğu “Ruhum Qarabağdandır” bədii kompazisiyasını qırğız dilinə tərcümə etdirib, dubliyaj edib tamaşaçıların ixtiyarına vermişik. Bədii kompazisiya yotube kanalına yüklənib. Leyla xanım Əliyevanın “İssık Kul” şeirini 10-dan çox dillərə tərcümə etdirib professor Abbasqulu Nəcəfzadəyə sifariş edib, mahnı bəstələtmişik. Bu gün 20-ə yaxın tanınmış müğənni həmin mahnını öz dillərində ifa edirlər. Bişkek və İssık Kulda “İssık Kul- türkün inci dünyası” adlı bir mahnının festivalını da keçirməyi nəzərdə tuturuq.
Onu da qeyd edək ki Fondumuzun təqdimatı əsasında mahnı qırğız dilində Gülzinat Surançiyevanın ifasında Qırğızıstan TeleRadio Kompaniyasının “Qızıl Fonduna” daxil edilib.
2008 ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illiyi, Mir Cəlalın 100 illiyi ilə əlaqədar Çingiz Aytmatovun da iştirak etdiyi, AR Mədəniyyət nazirliyi ilə birlikdə Bişkekdə keçirdiyimiz 2 günlük möhtəşəm tədbir Qırğızıstanın mədəni həyatında dərin izlər buraxmışdı.
2007 ildə Almatıda keçirdiyimiz “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu”: elmi nəzəri konfransı Azərbaycanda həmin ilin mühüm hadisəsi elan edilmişdi.
AMEA tarix institutunun alimlər qrupu tərəfindən yazılmış, ingilis və rus dillərində nəşr etdirdiyimiz “Исторические факты о деяниях армян на Азербайджанской земле» kitabına görə Ermənistan XİN Qırğızıstan XİNə nota vermişdi. 2015 ci ildə Adil Əliyevin ideya müəllifi olduğu “Erməni soyqırımı mifi” kitabını qırğız dilinə tərcümə etdirib nəşr etdik. Həmin kitaba görə qalxan qalmaqalın nəticəsində Bişkekdəki Ermənistanın fəxri konsulluğunun akreditasiyası ləğv edildi və bayraqları endirildi.
Professor Şirməmməd Hüseynovun təqdimatında “Azərbaycanda MİLLİ hərəkat” kitabı tərəfimizdən bir neçə dilə tərcümə edilir.
Bütün bunlarla yanaşı Qırğız dilinə tərcümə etdirdiyimiz bir neçə kitabın Audio- variantını da yaradıb elektron portalımıza yükləmişik. Bu qəbildən olan işlərimizə Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl”, Xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin “Gülüstan” poemalarını və eyni zamanda “Azərbaycan poeziyası”, “Çingiz Aytmatov: mən Manasın oğluyam” məqalələr toplusu kimi fəaliyyətimizi göstərə bilərik.
Bu günə kimi Türk Dövlətlərinin müəlliflərinə məxsus 138-dən çox kitabları müxtəlif dillərə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Düşünmüşük ki, bu fəaliyyətimiz Dövlətimizin başçısının bizə verdiyi tövsiyəyə əsaslanır və Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda, Dövlətlərimiz arasında münasibətləri daha da gücləndirilməsində mühüm rol oynayır.
Aprel ayının 22-də Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçirildi. Həmin qurultaya Diasporla iş üzrə Dövlət Komitəsi məni də dəvət etmişdi. Komitədən göndərilən bütün sənədləri doldurub müvafiq qaydada Komitəyə göndərdim.
Aprelin 6-da Diasporla iş üzrə Dövlət Komitəsindən mənə xəbər verdilər ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov AR XİN üzərindən Prezident Administarsiyasına məktub ünvanlayıb. Guya Səfir məktubunda göstərib ki, məni Qurultay İştirakçılığından ləğv etsinlər. Bu, Diasporla iş üzrə dövlət komitəsinin intriqası idi. Çünki bizim gördüyümüz işlər Dövlət büdcəsindən maliyələşən Diasporla iş üzrə Dövlət komitəsinin gördüyü işdən ən azı 10 dəfə çoxdur. Belə olan halda Fuad Muradov məni Prezidentə göstərə bilərdimi? Bu intriqanı yaratmaqda Diasporla iş üzrə Dövlət Komitəsinin əsas məqsədi məni səfirlə qarşı qarşıya qoymaq və “ara xəlvət tülkü bəy” prinsipi ilə işlərini görmək.
Biz ermənilərlə açıq müstəvidə mübarizə aparırıq. Amma üzünə milli maska geyinmişlərlə çox çətindir mübarizə aparmaq… Diasporla iş üzrə Dövlət komitəsinin iddia etdiyi “Sizin qurultayda iştirakınızı Prezident Administrasiyasından ləğv ediblər” fikrinə də qeyri ciddi yanaşmaq olmaz. Ən azından ona görə ki atası, ya da anası erməni olan biri üzünə milli maska geyinərək Prezident Administrasiyasına soxulub orada işləyə bilər. Prezidentimizin xaricdəki dayaqlarını zəiflətmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran birinin gözdən salınması üçün erməni qohumlarına kömək məqsədi ilə belə bir işi edəcəyini də istisna etmək olmaz. Əgər elə birisi varsa onun maskası yırtılmalı və ifşa olunmalıdır. Beləsinin ifşası isə təkcə xalqımıza, dövlətimizə yox, həm də Prezidentimizə dəstək olmaq deməkdir. Milli qeyrəti olanlar belə xəyanətlərə bu rakursdan yanaşmalıdırlar!
Bizim də Müzəffər Ali Baş Komandan İlham Əliyevin 05 yanvar 2022-ci ildə imzaladığı tarixi sərəncamla 2022-ci ilin “Şuşa ili”nə töhfəmiz var idi. Bizim töhfəmiz, cənab Prezidentə, əlahiddə tərcümə etdirib nəşr etdirdiyimiz Əlimuxtar Muxtarovun yazdığı “Qarabağ Azərbaycandir Nidasindan Şuşa İlinə!” (Azərbaycan, türk, özbək, qırğız və rus dillərində), Vaqif Aslanın “Şuşadakı Duyğular” (Azərbaycan, türk və özbək) dillərində), YAP fəali Aygül Bağırovanın “Qalib sərkərdə” (Azərbaycan dilində) və başqaları. Həmin kitabları Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V qurultayında şəxsən Prezidentə təqdim etmək arzusundaydıq. Bəlkə də mənə qarşı düşmənçilik elə bu səbəbdən qaynaqlandı.
Ulu Öndər Heydər Əliyev deyirdi: Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. V qurultaya dəvət olunanlar arasında məhz belələri də var idi.
Fərəh Əliyeva, əgər gördüyümüz işlərun hamısını yazsam, gərək ən azı 2 gün oxuyasınız. Bilirəm buna sizin nə səbriniz, nə də ağlınız yetər.
Bunlardan başqa “Azərbaycan xalq nağıllarını” və “Osmanlı imperatorluğu və Türkiyə Cümhuriyyəti” kitablarını da qırğız dilinə tərcümə etdirmişik. İnsallah bu yaxınlarda nəşr etdirib fondun ənənsinə sadiq qalaraq pulsuz yayacağıq. Onu da vurğulayım ki mən özümə heç vaxt təmtəraqlı ad günü keçirməmişəm.
Yuxarıda dediyim kimi bizim gördüyümüz işləri oxumağa sizdə nə səbr, nə də ağıl yetər. Maşallah yumruq boyda gözləriniz var, heç olmasa tərcümə etdirib nəşr etdiyimiz o kitablara saytımızda baxın. Yoxsa qorxursunuz ki gözləriniz də kor olar? Əgər bizim kitablarımızla və audiokitablarımızla tanış olmaq istəsəniz bir qismini saytımıza yükləmişik. Yəni təxminən 70-80 kitabı. Maraqlı olsa yükləyib oxuya da bilərsiniz. Heç bir məhdudiyyət qoyulmadan kitabın yüklənməsi də pulsuzdur.
Kitabları Saytımızın bu linkindən: http://turktoday.info/biblioteka-kyrgyzstan.html, Dilləri seçib kitabxanaya daxil olun və kitablarımızı yükləyin,
audiokitabları isə bu linkdən: http://turktoday.info/news_az/gruppa-lider/ dinləyə bilərsiniz.
Nə qədər ki sağam mənə qarşı olan bu təxribatlara son qoyulmasını, ictimaiyyət qarşısında, dövlətim qarşısında bəraət almağımı tələb edirəm.
Bu müraciətimin dərindən araşdırılmasını tələb edirəm. Əks təqdirdə bəyanat verəcəyəm.
Nüsrət Məmmədov, Türkdilii dövlətlərin siyasətinə dəstək
və Heydər Əliyev fondlarının prezidenti.
Şəkildə gördükləriniz heç də qazaqlar deyil. Süleyman Əhmədovun qazaq forması geyindirdiyi Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşlarıdır. Elə buna görə də Süleyman Əhmədov Dünya Azəebaycanlılarının V qurultayının nümayəndəsi oldu. Yaxşı olardı ki onların Qazaxısatan səfərinin kim tərəfindən maliyələşdirilməsi də araşdırılsın.