Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Aqşin Fatehlə şəriki arasında dava - XƏSARƏT ALAN VAR

Aqşin Fatehlə şəriki arasında dava - XƏSARƏT ALAN VAR

Tarix: 28-04-2022, 16:30

Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb.

Mediabiz.az  Bakupost.az-a istinadən xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verib.

Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.

Məlumata görə, A. Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.

Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.

Aprelin 17-də isə A. Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib. Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A. Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində  bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə xəsarət alıb.

Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.

Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.

Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.

Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR