Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Fiziologiya İnstitutunun əmədaşları sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Fiziologiya İnstitutunun əmədaşları sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Tarix: 3-05-2022, 13:11

 


Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları müqəddəs Ramazan ayı münasibətilə Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər.


Təhsil müəssisənin müəllim və şagirdlərinin qatıldığı tədbiri açan Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.


Sosial Xidmət Müəssisəsinin rəhbəri Pərvanə Səfərova onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal təhsili, həmçinin onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.


Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR