Son Xəbər:
Tarix: 4-05-2022, 12:48
Həqiqət ondan ibarətdir ki, 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti yalnız bir aşkar səbəbə görə oldu - Ermənistanda ölkəmiz müstəqillik əldə edəndən bəri İlham Əliyev səviyyəsində siyasətçi yox idi.
Bu fikirləri tanınmış erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.
“Bəli, siz məni söyə, hər şeydə, hətta xəyanətdə ittiham edə bilərsiz, amma açıq-aşkar şeylər var ki, onlarla mübahisə etmək mənasızdır. Ermənistanın bütün dövlət başçıları yalnız pulu düşündüyü halda İlham Əliyev baş işlədib, siyasi uğurlar əldə edirdi. Sonra biz Paşinyanı seçdik. Bu, çoxluğun seçimi idi. Bunların səbəbi kimi, hazırda bizim dövlət nümayəndələrimiz sensasion sənədlər müzakirə edir və imzalanmasını gözləyir. Bu sənədlərdə Qarabağın tam olaraq Azərbaycanın nəzarəti altına verilməsi, orada yaşayan ermənilərin isə Azərbaycan vətəndaşlığını qəbul edəcəyi qeyd olunur. Buna heç təəccüblənmək də olmaz. Eyni zamanda, obyektiv desək, artıq mövcud şəraitdə Paşinyanın xüsusi variantları da yoxdur.
Paşınyan indi ən yaxşı halda bir az vaxt uda bilər. O da maksimum 1-2 ay. Ən qəribəsi isə odur ki, İlham Əliyev bir dəfə də olsun yalan demədi. Ermənilərə müraciət etdikdə belə öz planlarını açıq-aşkar deyirdi. Necə deyərlər, ən böyük biclik düzlükdür! Məhs bu siyasət nəticəsində Əliyev hamı üçün vacib bir şəxsdir – Avropa, ABŞ, Rusiya, Türkiyə... Bəs biz kimə lazımıq? Heç kimə! Ona görə biz barışmalıyıq!” - deyə erməni ekspert qeyd edib.