Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi

Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi

Tarix: 5-05-2022, 22:06

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mediabiz.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.

Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.

Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR