Son Xəbər: KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib, Prezidentin Çində qaldığı hotelin heyəti ilə səmimi görüntüləri - Video, Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət, Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq, Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK, DİM-dən xəbərdarlıq: ixtisas seçimi bu gün başa çatır,

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

Tarix: 5-05-2022, 22:24

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentlikdən bildirilib ki, ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksika Birləşmiş Ştatlarının Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən və Meksika Birləşmiş Ştatlarının Koauila ştatından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Macarıstandan və Meksika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR