Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Tarix: 7-05-2022, 15:00

 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.
 
Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağlı Cümhuriyyət Mahallesi ərazisində baş verib. Belə ki, 23-cü dövr MHP Tekirdağ millət vəkili Kemalettin Nalcı ilə böyük qardaşı Əziz Nalcı arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib və silahını çıxaran Kemalettin Nalcı qardaşının üstünə güllə yağdırıb. Əziz Nalcı güllələrdən birinin ayağına dəyməsindən sonra yerə yıxılıb.

Hadisə yerinə tibbi yardım maşını gəlib. İlkin müdaxilənin ardınca Əziz Nalcı xəstəxanaya aparılıb.  Kemalettin Nalcı isə polislər tərəfindən nəzarətə götürülüb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. 

İddialara görə, iki qardaş arasındakı davaya səbəb vərəsəliklə əlaqəli olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sfera.az





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR