Son Xəbər: Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib, İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib,

Rusiyalı jurnalistlər müharibənin gedişatını tənqid etdilər - FOTO

Rusiyalı jurnalistlər müharibənin gedişatını tənqid etdilər - FOTO

Tarix: 10-05-2022, 17:12

 
Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan jurnalistlər və ekspertlər müharibənin gedişi ilə bağlı narahatlığını ifadə etməyə başlayıblar.

Mediabiz.az xarici KİV-ə  istinadən xəbər verir  ki, ötən gün Rusiya dövlət televiziyasında yayımlanan proqramda Putinə yaxınlığı ilə tanınan Vladimir Solovyov cəbhədə dəstəyin çox ləng getdiyini bildirib.

"Silah və sursatların əsgərlərə çatması üçün tələb olunan vaxt utancverici dərəcədə uzundur" , - deyə  Solovyov bildirib. 

Digər tərəfdən müharibə strateqi Mixail Xodaryonok rus əsgərlərinə göndərilən silahların köhnə texnologiyaya malik olduğunu bildirib. Xodaryonok “Ehtiyat çatışmazlığı var, ona görə də yeni birliklər yaradıla bilməz” şərhini verib.

Rusiya dövlət televiziyasında yayımlanan sessiyada hər fürsətdə Kremlin addımlarını dəstəkləyən “müharibə müxbiri” Aleksandr Sladkov “Komandirlər utancverici dərəcədə qətiyyətsizdirlər. Rusiya ordusunun Ukrayna qüvvələri üzərində say baxımından heç bir üstünlüyü yoxdur. Onlar ukraynalılarla təkbətək döyüşürlər”, - deyə o bildirib.

Dövlət televiziyası ilə yayımlanan açıq iclasdan sonra Kreml administrasiyası heç bir açıqlama verməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR