Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

Tarix: 13-05-2022, 09:32



Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov istintaqın gedişi və digər xüsusatlarla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: "Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır.

Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik".

Qeyd edək ki, bir neçə gün öncə jurnalist A.Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnmişdi. Onun Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələndiyi iddia olunmuşdu.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR