Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir" - AÇIQLAMA

"Yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir" - AÇIQLAMA

Tarix: 18-05-2022, 17:07

 

"Uşaq pulu ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Müharibədən əvvəl bu məsələ hökumətin gündəminə daşına bilmişdi. Hansı şəkildə verilib-verilməyəcəyi müzakirə olunurdu. Təəssüflər olsun ki, hazırda bu məsələ hökumətin gündəmində deyil". 

Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi məsələsi var. 

"Hazırda neftin qiyməti qalxır və düşməsi üçün əsas yoxdur. Uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi vacibdir. Azərbaycanda çoxuşaqlı ailələrə, müxtəlif kateqoriyadan olan həssas qruplara müxtəlif vəsaitlər ödənilir. Bütün bunların müqabilində sosial narazılığın dayanmadığını görürük. Hətta o yardımı alanlar belə narazıdır. Müxtəlif formada verilən sosial yardımları uşaqlı ailələrə nisbətdə dayandırmaq, ailələrə uşaq pulu təyin etmək vacibdir. Ölkəmizə qaz və neftdən gəlirlər daxil olur. İnsanların bundan gözləntiləri var ki, onu uşaq pulu şəklində evində görsün. Uşaqlar bizim gələcəyimizdir". 

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu belə əsaslandırdı ki, deyilən şəkildə bu ödəniş verilsə, haradasa 4 milyard manata yaxın vəsait edir. 

"Məsələ burasındadır ki, yeni doğulanlardan 18 yaşına qədər olan uşaqlara bu pul verilsə, deyilən məbləğ olacaq. Onun da yolu var. Belə ki, bunu mərhələli şəkildə etmək olar. Təklif edərdim ki, ilk olaraq 1-3 yaşında uşaqlara həmin ödənişin verilməsi gələn ildən etibarən büdcəyə salınsın. Eyni zamanda bütün yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir. Bunun üçün məbləğ müəyyənləşdirilə bilər".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR