Son Xəbər: Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək,

İlham Əliyev bu kanala 640 min dollar ayırdı - SƏRƏNCAM

İlham Əliyev bu kanala 640 min dollar ayırdı - SƏRƏNCAM

Tarix: 24-05-2022, 16:56

 
Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR