Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib

Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib

Tarix: 3-06-2022, 09:46

 
Rusiya administrasiyası dövlət və hökumətyönlü KİV-lərin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat mövzusunu təkrarlamamağı” və müharibənin müddətinə “diqqəti cəmləməməyi” qadağan edib. 

Bu barədə "Meduza" İnformasiya portalı məlumat yayıb. 

“Müharibə ilə bağlı tarixlərə diqqət yetirmək rusları işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edə bilər”, -  deyə KİV-də qeyd olunub. 

Bundan əlavə, Kreml işğalın üç aydan artıqdır ki, davam etdiyini “xatırlatmaq istəmir”, halbuki “Kiyevi üç günə ələ keçirmək” planlaşdırırdı. 

Kremlə yaxın mənbə qapalı rəy sorğularının nəticələrinə istinadən bildirib ki, bir çox ruslar artıq “xüsusi əməliyyat”ın uzandığına əmindirlər.

Xəbər verdiyimiz kimi, “Russian Field”in keçirdiyi sorğuya əsasən , rusiyalıların 50%-i Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdır. Əvəzində 39% Kremlin sülh danışıqlarına keçməli olduğunu deyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR