Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

Tarix: 3-06-2022, 13:30

Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Mediabiz.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Həmin marşrut xəttləri aşağıdakılardır:

- 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcəkdir;

- 5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D.Əliyeva küç., 28 May küç, R.Behbudov küç. ilə təşkil ediləcəkdir;

- 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M.Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcəkdir;

- 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcəkdir;

- 53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. olmaqla təşkil ediləcəkdir.

- 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcəkdir;

- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;

- 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcəkdir;

- 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR