Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Teknofest"də iştirak edən hərbçilərimiz mükafatlandırıldı

"Teknofest"də iştirak edən hərbçilərimiz mükafatlandırıldı

Tarix: 4-06-2022, 14:09

 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə uçuşları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının çıxışları, eləcə də Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda təqdim olunan müasir hərbi-texniki avadanlıqlar ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışlarının Ordumuzda təhlili və şəxsi heyət arasında təbliğ edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən nazir 2021-ci il iyunun 5-də imzalanan "Şuşa Bəyannaməsi"nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.

Sonda “Teknofest Azərbaycan” festivalında iştirak edən hərbi qulluqçuların təltif edilməsi barədə müdafiə nazirinin əmri aidiyyəti üzrə çatdırılıb. Əmrə əsasən festivalda fəal iştirak edən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandılıblar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR