Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb

Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb

Tarix: 7-06-2022, 10:32

 
Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb.

Bunu Rusiyanın Təhsil və elm nazirinin müavini  Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin "Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri" mövzusunda geniş iclasında çıxışı zamanı deyib.

Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb.

Bildirilib ki, 20 il ərzində Boloniya sistemindən istifadə etdikdə məlum oldu ki, bir sıra xüsusiyyətlər əvvəlcə qarşıya qoyulan məqsədlərə nail olmağa kömək etmir.

Rusiya Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, Rusiya yaxın bir neçə ildə milli təhsil sisteminə keçə biləcək. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR