Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Tarix: 9-06-2022, 17:52

 

Polşa prezidenti Anjey Duda Fransa və Almaniya liderlərinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı danışıqlarını sərt şəkildə tənqid edib.

Bu barədə Duda "Bild" qəzetinə müsahibəsində danışıb.

Polşa lideri Vladimir Putini Adolf Hitlerə bənzədib. 

"Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətə gətirir. Xüsusilə də Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun apardıqları danışıqlar...Bu danışıqlar heç bir nəticə vermir.  Rusiya ordusu Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Sadəcə Putin etdiklərinə haqq qazandırır. İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olubmu? Kimsə dedimi ki, Adolf Hitlerin şəxsiyəti təhqir olunammalıdır? Elə hərəkətlər etməliyik ki, Hitleri aşağılamayaq? Mən belə şeylər eşitməmişəm!",  - deyə o,  gileylənib.

Duda çıxışında həmçinin Ukraynanın müdafiəsinin önəmini də qeyd edib:

"İmperialist Rusiyanı dayandırmaq üçün hər şey etməliyik. Ən böyük ümidimiz rus imperializminin Ukraynada dişlərini qırmasıdır. Bu arada o qədər güclənəcəyik ki, bizə bir daha hücum etməyə cəsarət etməyəcəklər".

Polşa Baş naziri Mateuş Moravietsk də Rusiya prezidenti Vladimir Putinin,  Adolf Hitler və İosif Stalinldən daha təhlükəli olduğunu vurğulayıb. 

Fransa prezidenti Emmanuel Makron, Rusiya-Ukrayna müharibəsi bitdiyində diplomatik kanallardan çıxış yolu inşa edə bilmək üçün “Rusiyanın kiçik düşürülməməsi”inin önəmini qeyd deyib.  

Ukrayna prezidenti Zelenski isə Makronun Rusiyanı “alçaltmamaq” çağırışına reaksiya verib və Fransa prezidentinin Qərbə Rusiyaya “alçalma” ruhunda yanaşmamaq çağırışına qarşı çıxıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR