Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan edilir- 2035-ci ildən

Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan edilir- 2035-ci ildən

Tarix: 21-06-2022, 20:39

 
Almaniya 2035-ci ildən etibarən yeni benzin və dizellə işləyən avtomobillərin satışını qadağan edən Avropa İttifaqının (Aİ) qanunvericiliyini qəbul etməyəcəyini açıqlayıb.

Bu barədə Almaniya Sənaye Günü çərçivəsində keçirilən toplantıda çıxış edən Almaniyanın maliyyə naziri Kristian Lindner AB-nin 2035-ci ildən etibarən üzv ölkələrdə yeni benzin və ya dizellə işləyən avtomobil satmamaq planının “yanlış” olduğunu müdafiə edib.


Lindner bildirib ki, Almaniya hökuməti Aİ-nin bu qanununu qəbul etməyəcək.

Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən “Fit for 55” paketinə əsasən, Aİ Komissiyası 2035-ci ildən etibarən yeni avtomobillərin və yüngül kommersiya nəqliyyat vasitələrinin satışına imkan yaradıb. 

Müvafiq olaraq, qeyd olunan tarixdən etibarən AB ölkələrində yeni benzin və ya dizel mühərrikli avtomobillər satıla bilməyəcək.

Avropa Parlamenti (AP) iyunun 8-də 2035-ci ildən etibarən Aİ ölkələrində yeni benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Bu mərhələdən sonra AP ilə üzv dövlətlər arasında tənzimləmə ilə bağlı danışıqlar aparılacaq.

Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR