Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

Tarix: 29-06-2022, 11:06

 
Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Laçın rayonu və Zabux kəndinin (ermənilər Ağavno deyir) yaxın vaxtlarda Azərbaycana veriləcəyini açıqlayıb. 

Mediabiz.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq Zabux kəndindən ermənilərin köçürülməsi prosesinə başlanılır. 

"Faktiki olaraq bu gün Laçında yaşayan ailə yoxdur və Ağavno ( Zabux - red. ) kəndinin sakinlərinin problemləri "Artsax" (Qarabağ - red.) hökumətinin köməyi ilə həll oluQFnacaq, mən indiki məqamda Sus kəndi haqqında dəqiq bir şey deyə bilmərəm. Problem həmin ərazilərin DQMV sərhədlərinin daxilində və ya xaricində olmasıdır", - Paşinyan bildirib. 

Erməni mənbələrinin məlumatına görə, artıq iyulun 1-də Zabux kəndində Azərbaycan bayrağı dalğalanacaq. Lakin Paşinyan kəndin 1 iyulda deyil, alternativ yol çəkildikdən sonra təhvil veriləcəyini deyib. 

Qeyd edək ki, Qarabağda yerləşən terror qruplaşmasının başçısı Arayik Arutyunyan bir qədər öncə Rusiyaya gedərək, Zabux kəndi məsələsinin onların xeyrinə həll olunmasına çalışmışdı. Lakin Arutyunyan Moskvadan əliboş qayıdıb və Zabux kəndindən ermənilərin köçürülməsi  məsələsini müzakirə ediblər. 

Onlar hesab edir ki, ən optimal həll yolu kimi erməni sakinlərə alternativ yolun kənarında yerləşən "Köhnə Şen", "Yeni Şen" qəsəbələrinə köçməyi təklif etməkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR