Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTO

Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTO

Tarix: 29-06-2022, 14:54

 

Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.

Mediabiz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir. Belə ki, o, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İ.Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir. 

Qeyd edək ki, Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTO





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR