Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Ukraynaya daha 800 milyon dollarlıq hərbi yardım edəcəyik - Bayden

Ukraynaya daha 800 milyon dollarlıq hərbi yardım edəcəyik - Bayden

Tarix: 30-06-2022, 18:48

 

ABŞ yaxın günlərdə Ukraynaya ümumi məbləği 800 milyon dollar olan yeni hərbi yardım paketinin ayrılmasını elan edəcək.

Mediabiz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

O qeyd edib ki, yeni paketə  hava hücumundan müdafiə sistemləri, əlavə artilleriya və döyüş sursatları, əks-akkumulyator radarları, eləcə də artıq Ukraynaya təhvil verilmiş çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxildir.

G7 ölkələri (Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) əvvəllər silah tədarükü də daxil olmaqla, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəklərini bəyan etmişdilər. G7 həmçinin vurğulayıb ki, onlar Ukraynanın azad və demokratik gələcəyini təmin etmək və özünümüdafiə məsələsində ona kömək etmək üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı maraqlı ölkələrlə danışıqlar aparmağa hazırdırlar.

Bu ölkələr artıq Kiyevə 2,8 milyard dollar məbləğində humanitar yardım göstərib və Ukraynaya daha 29,5 milyard dollar verməyə hazır olduqlarını bildiriblər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR