Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bakı metrosu bu qrafikdə işləyəcək

Bakı metrosu bu qrafikdə işləyəcək

Tarix: 5-07-2022, 07:56

 
Tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bununla əlaqədar Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.

Sonuncu dəfə yay qrafiki 2019-cu ildə tətbiq edilib. Həmin ilə qədər gur saatlar səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt hesab olunub.

“Bakı Metropoliteni” QSC-dən  verilən məlumata görə, builki yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq qrafikə əsas dəyişiklik gur saat prinsipinin saat 7:00-dan 21:00-a qədər tətbiq edilməsidir.

Mövsümlük yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq - əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.

Yay qrafikinin yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalması gözlənilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR