Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Tarix: 5-07-2022, 14:01

Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqətdə saxlanılması dövlətimizin başçısı cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu prioritet tələblərdəndir. Torpaqlarımızın hər qarışında Vətən övladlarının axan qanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını şərtləndirib ki, Azərbaycan dövləti və xalqı var olduqca canını və qanını əsirgəməyən qəhrəmanlarımız daim diqqət və qayğı içində olacaqlar. Lənkəran Şəhər İcra Hakimiyyəti də hər zaman şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına həssaslıqla yanaşıb, onların qayğı və problemlərini xüsusi nəzarətdə saxlayıb, onların özlərini yalnız hiss etməməsi üçün bütün imkanlarını səfərbər edib.

 Lənkəran ŞİH başçısı Taleh Qaraşov müvafiq sərəncamı ilə İcra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təQşkili şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin etdiyi II Qarabağ müharibəsi qazisi, II qrup əlil Eyvaz Hüseynzadə Əmir oğlunu qəbul edib, ona çətin və şərəfli işində uğurlar arzulayıb, tutduğu vəzifənin əhəmiyyəti və məsuliyyəti barədə qazimizə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, E.Hüseynzadə hərbi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaətinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR