Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Boris Conson istefa verməyəcəyini açıqlayıb

Boris Conson istefa verməyəcəyini açıqlayıb

Tarix: 6-07-2022, 17:18

 

Xəbər verdiyimiz kimi, Böyük Britaniyada altı nazir və bir nazir müavini vəzifələrindən istefa verib. 

Britaniya parlamenti istefalardan sonra növbədənkənar toplaşıb. İclasda söz alan deputatlar “işimə davam edirəm” bəyanatı ilə çıxış edən baş nazir Consonu istefaya dəvət ediblər.


Belə ki, Boris Conson İngiltərə parlamentində açıqlamalar verib. Reaksiyalara cavab verən baş nazir, "işimə davam edirəm" deyib, lakin o, hökuməti davam etdirə bilməsə, kreslosunu tərk edəcəyini də söyləyib. 

Bununla yanaşı, toplantıda diqqətçəkən məqamlardan biri də Ana müxalifətdəki İşçi Partiyasının lideri,  deputat Keir Starmer çıxışı olub.  O,  iclasda ayağa qalxaraq əli cibində Boris Consonu istefaya dəvət edib. 

"Hökumətin çökdüyü aydındır. Britaniya xalqını aldatmaq olmaz. Buna görə də,  geri çəkilin!", - Starmer deyib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR