Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

Qarabağdakı separatçılar Ermənistandan taxıl dilənir - NƏ BAŞ VERİR?

Qarabağdakı separatçılar Ermənistandan taxıl dilənir - NƏ BAŞ VERİR?

Tarix: 7-07-2022, 09:10


Qarabağdakı cinayətkar rejimin nəzarətində olan ermənilər taxıl çatışmazlığı problemi ilə üzləşib.

Mediabiz.az-ın cebhe.info-ya istinadən məlumatına görə, Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutunyan rəsmi İrəvanı Qarabağdakı ermənilərə taxıl verməyə çağırıb.

Xüsusilə də ərzaq buğdası təminatında yaranmış qıtlıq Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan ermənilərin çörək istehlakında çətinliklər yaradıb.

Aşot Arutunyan bildirib ki, 2020-ci ildə baş vermiş müharibədən əvvəl Qarabağ erməniləri özlərini taxılla 100 faiz təmin etdikləri halda indi həmin ərazilərin böyük hissəsinə nəzarətin əldən çıxması ciddi problemlərə səbəb olub.

Qeyd edək ki, 44 günlük müharibədən öncə işğal olunmuş ərazilərdə istehsal edilən taxılla Qarabağdakı ermənilərin ehtiyacı tamamilə, Ermənistanın isə bu məhsula olan tələbatının ən azı 30 faizi ödənilirdi. İndi nisə bu imkanlar Qarabağdakı ermənilərlə yanaşı, Ermənistanın da əlindən çıxıb.

Aşot Arutunyan Ermənistanı Qarabağa taxıl verməyə çağırıb. Lakin Ermənistanın özünün taxıl istehlakında yaranmış maneələrlə əlaqədar Qarabağ ermənilərinə yardım etmək imkanları yoxdur.

Aşot Arutunyanın sözlərinə görə, müharibə nəticəsində Qarabağdakı ermənilər taxıl becərilməsi üçün əlverişli ərazilərin 75 faizini itirib. “Müharibə başlamazdan əvvəl Qarabağda çox böyük həcmdə taxıl becərilirdi. Toxum fondu da daxil olmaqla, özünütəminat 100 faiz təşkil edib, artıq qalanı isə Ermənistana ixrac edilib. 2016-17-ci illərdə Araqatson və Şirak rayonlarının doludan zərər çəkmiş icmaları pulsuz yardım olaraq Qarabağdan 300 tona yaxın toxum alıblar.

Sadə hesablama göstərir ki, bu gün Qarabağ özünü təmin etmək problemi ilə üzləşib. 120 min sakin üçün gündə 383-400 qram çörəyin hesablandığını götürsək, o zaman məlum olar ki, taxılla özünü təmin etmək problemi var. Bu gün Ermənistanın özünü taxılla təminetmə səviyyəsi 21 faziə qədər azalıb. Söhbət buğdadan gedir.

Əgər heç olmasa, Ermənistanda özünü təmin etmək normal səviyyədə olsaydı, mən deyərdim ki, Qarabağa anbarlardan mütləq kömək etmək lazımdır. İndi də onlar (hakimiyyət-red.) məsələni həll etmək üçün gecələr yatmamağa borcludurlar. Biz deyəndə ki, hər şey dövlət üçün pis və fəlakətlidir, bu, təkcə belə deyil”, - Arutyunyan belə deyib.

Ermənistan sosial mediasında yayılan məlumata görə, 2021-ci ildə Qarabağda (Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası nəzərdə tutlur) ümumi taxıl yığımı təqribən 13,3 min ton təşkil edib. Ərzaq buğdası istehsalı təxminən 8,4 min ton, arpa - 3,5 min ton, qarğıdalı - 330 ton, taxıl - təxminən 1,1 min ton təşkil edib. 2019-cu ildə, yəni müharibədən bir il əvvəl işğal olunmuş ərazilərdə 60 min 600 ton payızlıq və yazlıq buğda istehsal edildiyi xəbər verilir.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR