Son Xəbər: İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq,

6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - Yeni detallar

6 ay əvvəl ana olan Aygül özünü niyə öldürüb? - Yeni detallar

Tarix: 7-07-2022, 18:40

Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR