Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB

Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB

Tarix: 11-07-2022, 11:48

 
İyulun 10-da Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, Bakıdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilib.

Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də Bakı istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Hazırda həmin ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR