Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü

Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü

Tarix: 13-07-2022, 13:54

 
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

Şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR