Son Xəbər: Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb, Bakının mərkəzində obyektdə yanğın - Fotolar, Putin Əliyevi təbrik etdi, İlham Əliyev Fərman imzaladı, Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək, İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib, İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb, Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib, İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI, Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub,

Yuxarı sinif şagirdləri icbari narkoloji müayinədən keçməlidirlərmi? - ŞƏRH

Yuxarı sinif şagirdləri icbari narkoloji müayinədən keçməlidirlərmi? - ŞƏRH

Tarix: 14-07-2022, 16:40


 Azərbaycanda hərbi qulluqçuların ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilməsini nəzərdə tutan layihə Milli Məclisdə II oxunuşda qəbul olunub.

Bu barədə müddəa “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb. 

Bəs məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri icbari narkoloji müayinədən keçirilə bilərmi?

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj və əks-təsir kimi effekt yarada bilər:


“Məlumdur ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan, insan həyatında sağalmaz fəsadlar yaradan narkomaniya bəlası yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olub. Onunla mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir.

Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramlarının qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur.

Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirmə kampaniyalarının aparılması, keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi artıq zərurətə çevrilib. 

Ayrı-ayrı məktəblərdə yuxarı sinif şagirdləri arasında müəyyən narkotik aludəçiləri olsa belə, məktəblilərin narkoloji müayinədən keçirilməsini problemin uğurlu həlli yolu hesab etmək olmaz. Bu kimi testlərin keçirilməsi məktəblərdə və bütövlükdə cəmiyyətdə ajiotaja səbəb olar, əks-təsir  effekti verə bilər və vəziyyətin daha da kütləvi hal almasına zəmin yaradar”.

O qeyd edib ki, müəllimlər və valideynlər xüsusi olaraq bilməli və ona diqqət yetirməlidirlər ki, yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir:

“Onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsi daxildir. Yeniyetmə yaşı sosial-psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı “çətin”, kritik yaş adlandırırlar.

Çünki valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması - bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərə meyilliliyin təsiri altına düşürür.

Yeniyetmələrə başa salmaq lazımdır ki, narkotik maddələr mərkəzi sinir sisteminə spesifik təsir göstərir və tez bir zamanda asılılıq yaradır. Narkomaniya digər vərdişlərlə müqayisədə daha təhlükəli olub, beyin və mərkəzi sinir sisteminə erkən ağlını itirmə, şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama, qorxu, xəyal görmə, eşitmə, zəka və yaddaş pozğunluqları kimi fiziki təsirlərə malikdir.

Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi bir çox insanlar, xüsusən də gənclər arasında daha da yayılıb və öz ərazisini genişləndirməkdə davam edir. 

Düzdür, respublikanın ayrı-ayrı məktəblərində Daxili İşlər Nazirliyinin, yerli polis idarələrinin əməkdaşlarının və yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri çərçivəsində müxtəlif görüşlər keçirilib, cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilib, “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası mütəmadi davam etdirilir. Hesab edirəm ki, “Narkomaniyaya yox deyək!” devizi altında maarifləndirici tədbirlər kampaniya xarakteri daşımamalı, bundan sonra da mütəmadi olaraq davam etdirilməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR